Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Heydər Əliyev: “Dil hər bir millətin mənliyinin əsasıdır”

Dil məsələsi millətin ictimai siyasi həyatında çox mühüm rol oynayır. Bu mənada dilin millətin inkişafında çox böyük əhəmiyyəti vardır

Keçən əsrin 70-ci illərində SSRİ məkanında yaşadığımız vaxt milli dillərin sıxışdırılması prosesi gedirdi. O vaxtlar Azərbaycan Respublikasının rəhbəri olmuş Ulu Öndər H.Əliyev dil məsələsində öz mövqeyini cəsarətlə bildirmişdir.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin, ölkənin Konistitusiyasının lahiyəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sesiyasında məruzə ilə çıxış edən Ulu Öndər H.Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur. “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” Onun bu təşəbbüsü 1978-ci il 21 apreldə qəbul olunmuş Konistitusiyada əz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusu verilmişdir. Bu isə Ulu Öndərin xalq qarşısında ən böyük xidməti olmuşdur.

Dil millətin varlığıdır. Azərbaycan xalqınında ana dili onun milli varlığıdır. O vaxtkı Konistitusiyada Ulu Öndər dil məsələsini çox böyük ustalıqla qeyd edərək deyirdiki Konstitusiya vətəndaşlara təhsil hüququ verir. Bu hüquq isə ana dilində oxumaq təminatını yaradır. Həmin vaxtlar ana dilimizdə çoxlu nəşrlər həyata keçirilirdi.

1995-ci ildə Azərbaycan Respublikası Konistutisiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması müzakirə olunurdu. Ulu Öndərin təşəbbüsü və ümumxalq səsverməsindən sonra Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili olması kimi qəbul olundu. Ulu Öndər H.Əliyev Azərbaycan dili haqqında deyirdi. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.”

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdirki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.”

“Dil hər bir millətin mənliyinin əsasıdır.” İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.

  

FHN Aran Regional Mərkəzi Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.