Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Havaya buraxılan balonların üzərində azad olunan ərazilərin adları yazılmışdı

Qarabağda Azərbaycan ordusunun 8 noyabr qələbəsinin-Zəfər Gününün birinci ildönümünün qeyd olunması Heydər Əliyev meydanında atəşfəşanlıqla sona çatdı. Meydana toplaşanlar axşam saatlarında Mingəçevirin səmasının rəngarəng füşənglərlə işiqlandığının şahidi oldular.  Azərbaycan bayraqlarının dalğalanması, vətənpərvərlik haqqında səslənən musiqilər şəhər sakinlərinin ruhuna ruh qatdı.

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi isə İkinci Qarabağ Müharibəsinin günləri sayda səmaya 44 yanan balon uçurdu. Balonların üzərində işğaldan azad olunan ərazilərin adları yazılmışdı. Hər balonun havaya qalxması  alqışlarla müşayiət olundu. Meydanda bayram ovqatı gecə saatlarınadək davam etdi.

 

Şərhlər bağlıdır.