QHT

“Həyat”ın 25 yaşı oldu

Bü müddətdə İctimai Birliyin icra etdiyi 70-dən çox layihənin əksəriyyəti məcburi köçkün və aztəminatlı ailələrin sosial problemlərinin həllinə yönəlib

Bu gün, 15 iyun Milli Qurtulş Günü ilə yanaşı həm də “Həyat” Humanitar Dəstək İctimai Birliyinin 25 illiyidir. 1994-cü ilin iyun ayının 15-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmış “Həyat” təşkilatının məqsədi Azərbaycanda qaçqın, məcburi köçkün və sığınacaq axtaran insanlara köməyin göstərilməsindən, qaçqın, məcburi köçkün və yerli icmaların inkişafına yardımların edilməsindən, aztəminatlı ailələrin hüquq və sağlamlıqlarının təmin olunmasından və müdafiəsindən, maarifləndirmə və məlumatlandırma kampaniyaları vasitəsilə bu sahədə onların biliklərinin artırılmasından, sosial sahənin müxtəlif istiqamətləri üzrə onların rifahının yaxşılaşdırılmasına xidmət edən təşəbbüslərin həyata keçirilməsindən, cəmiyyəti narahat edən sosial əhəmiyyətli problemlərin həllinə nail olmaqdan ibarətdir. 25 illik fəaliyyəti ərzində “Həyat” təşkilatı Azərbaycanın əksər rayonlarında müvəqqəti məskunlaşan 270 min qaçqın və məcburi köçkünə ərzaq yardımı göstərmiş, 179 min nəfərə ən zəruri mallar (paltar, ev əşyaları) paylamış, 140 min sığınacaq tikmiş, 70-dən artıq ictimai bina bərpa etmiş, 7 min ailəyə kənd təsərrüfatı üçün toxum paylamış, minlərlə qaçqın və məcburi köçkün ailələri üçün gəlir gətirən sahələr yaratmışdır. Bütövlükdə sayı yetmişdən çox icra olunan layihələrin böyük əksəriyyəti cəmiyyətin geniş təbəqələrinə, xüsusilə də bu təbəqənin aztəminatlı ailələrdən olan üzvlərinə, onların sosial problemlərinin həll olunmasına yönəlmişdir. Təşkilat tərəfindən icra olunmuş layihələr müxtəlif mövzular (təhsil, səhiyyə, ekologiya, miqrasiya, yol təhlükəsizliyi və s.) üzrə maarifləndirmə və məlumatlandırma xarakterli olmuşdur.

Bu barədə “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov öz facebook səhifəsində yazıb.  O, həm də bildirib ki, bu gün də “Həyat” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Daxili İşlər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi və bu quruma daxil edilən müxtəlif ixtisaslaşmış elmi-tədqiqat institutları, həmçinin Dünya Bankı, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı, Qlobal Fond, FİA Fondu və digər beynəlxalq təşkilatlarla, ADA və digər ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

25 iliyiniz mübarək, bütün “Həyat”sevərlər!

Tag
Daha çox

Oxşar yazılar

Close