Oktyabrın 27-də Mingəçevir şəhər Bələdiyyəsində Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “H.Əliyevin Qeyri Hökumət Təşkilatlarının inkişafında rolu” adlı dəyirmi masa keçirilib. Tədbir “Müharibə, əmək və silahlı qüvvələr veteranları” Təşkilatının (MƏSQVT) təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Tədbirin aparıcısı “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi Mingəçevir şəhər filialının sədri Əliağa Bəndalıyev mövzu ilə bağlı fikirlərini bölüşüb. Çıxış edənlər-”MƏSQVT-nın sədri Tahir Məmmədov, sədr müavini Rizvan Mikayıllı, “Əfqan veteranları ittifaqı”nın üzvü Qismət Qədirov, “Şəhid ailələri müdafiə cəmiyyəti”nin sədr müavini Xalidə xanım, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev, “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Əbülfət Babayev, Əmək veteranları Adil Kərimov, Ağagül Əliyev, Mahir Musayev və Qarabağ əlili Məhəmmədəli Ağazadə müxtəlif illərdə QHT-ə olan münasibət, bu təşkilatlar haqda cəmiyyətdə yanlış məlumatların olmasını diqqətə çatdırıblar. Dəyirmi masaya toplaşan QHT rəhbərləri ulu öndərin hakimiyyəti dövründə onun üçüncü sektora diqqəti, bu təşkilatların yaradılması və inkişafında maraqlı olması və onlara yaşıl işıq yandırması barədə söhbət açıblar. Eyni zamanda ümummilli liderin varisi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı altında müzəffər ordumuzun 30 ilə yaxın vaxt ərzində işğalda olan torpaqlarımızın qısa müddətdə azad olunması, şəhid və qazi ailələrinə dövlət qayğsı, respublikamızın inkişafı barədə məlumatlar nəzərə çatdırılıb. Tədbir boyu dahi şairlərin şeirləri də səslənib.
Şərhlər bağlıdır.