Günəşli yaşayış massivində iki otaqlı yaşayış evi yandı
Mingəçevirdə yaşayış evi yanıb. Hadisə bu gün, noyabrın 24-də şəhərin Günəşli yaşayış massivində qeydə alınıb. Belə ki, həmin massivin 17-ci döngəsində yerləşən fərdi təsərrüfatda iki otaqlı yaşayış evi güclü yanğına məruz qalıb. Nəticədə iki otaqlı yaşayış evi əşyaları ilə birgə yanıb. Köməkçi tikililər də güclü yanğının təsirindən yararsız hala düşüb.
FHN-nin hadisə yerinə gələn iki yanğınsöndürmə maşını yanğını söndürüb. Bununla belə yanğının qarışı alınmaqla alovun digər qonşu evlərə keçməsinə imkan verilməyib. Hadisə yerinə həkim briqadası gəlsə də yanğın zamanı evdəkilər bayırda olduğundan xəsarət və ya tüstüdən boğulma halları baş verməyib. Hazırda yanğının nədən törəndiyinin səbəbləri araşdırılır.
Şərhlər bağlıdır.