Bu gün Yevlax rayon Gülövşə kəndində Şəhidlərin əziz xatirəsi üçün hazırlanmış abidənin açılış mərasimi keçirilib.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildikdən sonra, Dövlət himni səsləndirilib.
Tədbirdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, məclisin deputatı İlham Məmmədov, Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Hüseynov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Müdiri Elçin Kərimov, Yeni Azərbaycan Partiyasının Yevlax Rayon təşkilatının sədri Rafiq Əliyev, Vətən müharibəsi iştirakçıları, hərbiçilər və qazilər, Yevlax rayonun mədəniyyət işçiləri, Şəhid ailələrinin ailə həkimi Eldar Kərimov və bir sıra idarə, müəssisə rəhbərləri iştirak edərək, şəhidlərin ailə üzvlərinə səbr diləyiblər.
Məhz belə bir abidənin məktəbin həyətində hazırlanmasının önəmi vurğulanıb. Təhsilalanların vətənpərvər ruhda yetişdirilməsi üçün bu abidənin əhəmiyyətindən bəhs edilib. Kənd məktəbinin UTBR Təranə Yusibovanın hazırladığı tədbirdə, məktəb şagirdlərinin təqdimatındakı kompazisiya kövrək anlarla yadda qalıb.
Şəhid Vasif Mövsümöv adın Gülövşə kənd tam orta məktəbinin həyətində hazırlanan abidədə kəndin 2 ci dünya müharibəsi iştirakçılarının siyahısı, 1990 cı idən başlanan müharibə zamanı həyatını itirən kəndin şəhidləri, 20 yanvar, Xocalı faciələrini əks etdirən löhvələrlə yanaşı, Vətən müharibəsi zamanı şəhid olan Əsgər İsmayılzadə Kəlbəcər rayonunun Ömər Aşırımında şəhadətə yüksələn Anar Cəfərov və Sentyabr hadisələri zamanı Şəhid olmuş Təbriz Rəhimovun xatirəsinə ucaldılıb.
Qeyd edək ki, abidə Milli məclis sədrinin birinci müavini Əli Hüseynli, Yevlax şəhər icra hakimətinin rəhbəri Anar Tağıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Müdiri Elçin Kərimov və Gülövşə kənd camaatının təşəbbüssü ilə hazırlanıb. Tədbirdən sonra Kənd sakinləri tərəfindən ehsan süfrəsi verilib.
Şərhlər bağlıdır.