Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gözümüz üstündə yerin var, Samir

Noyabrın 27-də Azərbaycan bayraqları ilə bəzədilmiş bir neçə maşın Mingəçevirə, Ü.Hacıbəyov küçəsindəki 78 saylı binanın qarşısına gəldi. Onların səs siqnalları ətrafdakı insanların da məhəlləyə yaxınlaşmasına səbəb oldu. Yaralı halda maşından enən 28 yaşlı Samir Tacızadəni alqışlarla, sevinc yaşları ilə dostları, ailəsi, ata-anası, qohum-qonşuları, əzizləri əhatəyə aldılar. Onun ayaqları altında qurban kəsildi. Hamı valideynlərinə gözaydınlığı verirdi. Samir ağrılarını gizlədib, bu xoş günü ailəsiylə birgə yaşayırdı.
Atası Turyan Taçızadənin dediyinə görə, Samir II Qarabağ savaşının ilk günündən könüllü olaraq işğalda olan vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə qatılıb. Ağdərədə döyüşüb. 16 oktyabrda yaralanıb. Qələbə xəbərini müalicə aldığı xəstəxanada alıb.

#QarabağAzərbaycandır!

Şərhlər bağlıdır.