Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Göyçayda Böyük Vətən Müharibəsi veteranlarının hər birinə 500 manat pul mükafatı verilib

210

Böyük Vətən Müharibəsi zamanı faşizm üzərində qələbənin 71-ci ildönümü Göyçay rayonunda da qeyd edilib. Mayın 9-da Qələbə Günü münasibətilə “AzNar” QSC-nin rəhbər şəxsləri Göyçay şəhərində, Xəlitli və Qarayazı kəndlərində yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarını öz evlərində ziyarət edərək,  onların qayğı və problemləri ilə maraqlanıb, veteranlara cansağlığı arzulayıblar. Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzNar” QSC-nin rəhbəri Fərhad Əhmədovun təşəbbüsü ilə veteranlarla keçirilən görüşdə onların hər birinə 500 manat pul mükafatı və “AzNar” zavodunun istehsal etdiyi meyvə şirələri təqdim olunub. Şirkətin rəhbər şəxsləri Böyük Vətən Müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının tarixi şücaətlərinin heç vaxt yaddaşlardan silinməyəcəyini, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacağını diqqətə çatdırıblar.

Müharibə iştirakçıları bayram günü onlara göstərdiyi diqqət və qayğıya görə “AzNar” QSC-nin rəhbəri Fərhad Əhmədova, eləcə də zavodun direktoru Fərəc Əhmədova minnətdarlıq ediblər. Diqqətə çatdırılıb ki, “AzNar” QSC tərəfindən ötən il 9 may-Qələbə günü münasibətilə hər bir müharibə iştirakçısına 1000 manat pul mükafatı və ərzaq məhsulları verilmişdi.

Şahnəzər Bəşirov

Şərhlər bağlıdır.