Göyçay rayon sakini ehtiyatsızlıqdan tüfənglə özünü yaralayıb.
Göyçay rayonun Yalman kənd sakini, 1968-ci il təvəllüdlü Seyfəddin Salmanov tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində ayağından xəsarət alıb. xəstəxanaya yerləşdirilən S. Salmanovun vəziyyəti orta ağır olaraq müşahidə edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.
Şərhlər bağlıdır.