Goranboyun dağlıq hissəsində becərilən yer kökü
Goranboyun dağ kəndləri üçün yer kökü becərmək xarakterik olmasa da bir neçə müddətdir ki, bu yerlərdə bitkinin əkini aparılır. RayonunYenikənd kəndi ərazisində becərilən yer kökü bu il məhsuldarlığı ilə seçilir. Təsərrüfat sahibi hektaradan 30-35 ton məhsul götürməyin mümkün olduğunu deyir. Dağlıq ərazidə becərilən su sevən bitki dəmyə deyil, suni suvarma ilə becərilir. Həmçinin burada yerli sakinlər işlədə təmin edilib. Onlar texnikanın torpağın dərinliklərindən çıxara bilmədiyi məhsulu əllə toplayırlar. Gündəlik çalışan fəhlələr gördükləri işin müqabilində isə 13-15 manat pul qazana bilirlər
Hazırda sahələrdən toplanan yer kökü daxili bazarda 35-40 qəpiyə satılır. Təsərrüfat sahibi Şakir Hüseynov gələcəkdə əkin yerlərini genişləndirib xarici bazar üçün də məhsul istehsal etməyin mümkün olduğunu deyir.
Goranboyun dağlıq hissəsində becərilən yer kökü bazarda həm keyfiyyəti, həm də ucuz olması ilə diqqəti çəkir. Təsərrüfat sahibləri onun texnika vasitəsi ilə çıxarıldığı, maya dəyərinin ucuz olduğu ilə əlaqələndirirlər.
Şərhlər bağlıdır.