Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Goranboya yay gəlməsə də artıq ilanlar gəlib

Sürünənlər Goranboyun Qaradağlı kəndində sakinlərin çağrılmamış qonağına çevrilib. Kənd sakini Murad Muxatarov səhər saatlarında öz həyətində uzunluğu 1 metr 40 sm olan ilanı hamam otağına girən zaman öldürüb. Ev sahibinin sözlərinə görə, aprel ayı girəndən həyətdə 10-dan artıq ilan gözə dəyib ki, onun da 6-sını məhv edə bilib.

Murad Muxtarov  bildirib ki, evlə yanaşı tövlədə də  zəhərli canılının qabığını tapıb. İlanların yay fəslində deyil, yazda görünməsi ev sahiblərini ciddi narahat edir. Onlar yaşadıqları həyətin müəyyən hissələrində dərmanlama işi aparsalar da sürünənlərin günbəgün böyükləri üzə çıxır. Hətta təsərrüfat sahələrində çalışanlar da ilanların hücumuna məruz qalırlar.

Şərhlər bağlıdır.