GMO-nu həyatımızdan necə çıxarmalı?
Son illər müasir biotexnologiya üsulu ilə genetik baxımdan yaxın və çox uzaq olan müxtəlif növlərin arasında (heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana) genlərii köçürülməsi sürətlə yayılıb. Buna haqq qazandıran GMO mühəndisləri bəzi növ pomidor və çiyələklərə şaxtaya davamlı olması üçün kambala balığının, kartofa əqrəbin, düyüyə və donuza insanın geni vururlar. Nəticədə həmin məhsulu yeyən insanın gen koduna bu heyvanın geninin oturması onun sağlamlığında, davranışlarında və xarakterində fəsadlara gətirib çıxarır.
Bu barədə Mingəçevirdə təşkil edilən dəyirmi masada ətraflı bəhs olunub. “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov deyib ki, onun rəhbərlik etdiyi təşkilat son üç ildə GMO-nun zərəri ilə bağlı davamlı layihələr icra edir. Ç.Nəzərovun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat bu ilin may ayından Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sağlamlığımız düzgün qidalanmağımızdan asılıdır” adlı növbəti layihəsini icra edir: “Biz indiyədək Mingəçevir Televiziyasında 3 saata qədər efir vaxtından istifadə etmişik . Bu verilişlərdə tanınmış ekoloqlardan Telman Zeynalov, İrşad Abbasov və başqaları iştirak ediblər. Məqsəd GMO və qida əlavələri barədə əhalini maarifləndirməkdir. ”
Ç.Nəzərov onu da diqqətə çatdırıb ki, dünyanın 98 faizi artıq GMO məhsullarının yayılmasına məruz qalıb və bu, beynəlxalq təşkilat olan “Greenpeace”in məlumatında da əksini tapıb: “GMO ilk dəfə 1973-cü ildə Salmonella genlərinin E-Coli bakteriyasına köçürülməsi nəticəsində əldə edilib. 1983-cü ildə transgen bitki, 1987-ci ildə transgen heyvan yaradılıb, 1996-cı ildən isə GMO məhsulları bazara çıxarılıb. ABŞ-ın “Monsanto” şirkətinə belə məhsulların satışı milyardlarla dollar qazandırıb. Təəssüf ki, “Monsanto” şirkətinin isrehsal etdiyi toxumlar Azərbaycan çox baha qiymətə alınır. Azərbaycanda bitən qarpızları “amerikanka” adlandırırlar. Avropalı fermerlərin etirazına baxmayaraq, “Amflora” adlı transgen kartof növü Avropa Birliyinin bir çox ölkələrində əkilmək üçün “məsləhət” bilinib”.
Mingəçevir Bələdiyyəsinin üzvü Z.Qasımlının fikrincə, Azərbaycanda 2007-ci ildən “Ekoloji kənd təsərrüfatı haqqında”, son vaxtlar isə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunlar qəbul edilsə də, icrası lazımi səviyyədə təmin olunmur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional nümayəndəsi Qərib Abdullayev Avropa ölkələrində transgen orqanizmlər üzrə çox ciddi biotəhlükəsizlik sistemi qurulmasından, diolotoloq-həkim Eldar Allahverdiyev geni dəyişdirilən məhsulların insanın immun sistemini zəiflətməsindən, orta məktəb müəllimi Tahirə İbrahimova isə gənc anaların övladlarını ana südü ilə deyil, sağlamlığa mənfi təsir edən uşaq yeməkləri ilə böyütməsindən danışıblar.
Şərhlər bağlıdır.