Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ)
“Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı
jurnalistlər arasında “Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi”
mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir.
Müsabiqə əlilliyi olan şəxslərlərin sosial, iqtisadi, əmək, fundamental hüquqları və əlilliyin daha yaxşı dərk edilməsi mövzularında yazılar hazırlamaq və beləliklə bu kateqoriya insanların məslələrini və problemlərini daha yaxşı işıqlandırmaq məqsədi ilə elan olunur. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, ölkənin ictimi-siyasi həyatında hamı ilə bərabər iştirakının təşviqi, əlilliyi olan şəxslərlə bağlı streotiplərin aradan qaldırılması, əlilliyi olan şəxslərə münasibətdə steqma yaradan ifadələrin və davranışların aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. Bu baxımdan jurnalistlər əlilliyi olan şəxslərin cəmiyyətə daha yaxşı inteqrasiya olunması, onların sosial, iqtisadi, əmək və məşğulluq problemləri, əlilliyin dərki mövzularında yazılar hazırlayıb təqdim etməlidirlər.
Məqalələrin qiymətləndirilmə meyarları:
- Yazıda əlilliyin dərki və bununla bağlı olan problemlərin qabardılması, əlilliyi olan şəxslərin həyat hekayələri ilə bağlı nümunələrin olması;
- Əlilliyi olan şəxslərin hüquqları haqqında beynəlxalq və milli normalar və onların tətbiqi məslələri;
- Müyəssərilik, əlverişli mühit, universal dizayn və onların təmin olunması istiqamətində uğurlar və problemlər;
- Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, inklyuziv təhsili, məşğulluğu, asudə vaxtın təşkili, mədəni həyatda iştirakı üçün motivasiya yaradan aspektlərin qabardılması;
- Ayrı-seçkiliyin ləğvi və bərabər imkanların təşviqi;
- Yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı).
Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.
Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:
Birinci yer – 700 AZN
İkinci yer – 500 AZN
Üçüncü yer – 400 AZN
Müsabiqənin texniki şərtləri:
- Jurnalistlər müsabiqəyə 11 Fevral 2019-ci ildən 1 Aprel 2019-ci ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.
- Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.
- 3. Müsabiqəyə müraciət üçün tələb olunan sənədlər:
- VÖEN-nin nüsxəsi
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” » regional proqramının Bakıdakı bürosunun ünvanı: Gənclər meydanı 1, AZ 1005 Bakı, Tel.: (99412) 497 15 88, 497 49 62, 497 87 63;
Şərhlər bağlıdır.