Energetik yaşayış massivində, məcburi köçkünlərin məskunlaşdığı “üçüncü” qəsəbə adlanan ərazidə gecə saatlarında yanğın qeydə alınıb. İlyas Misirovun yaşadığı mənzildən başlayan alov tez bir zamanda qonşu evlərə keçib. Alovun qarşısını almaq mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər çağırılıb və onların köməyi ilə çətinliklə olsa da yanğını söndürmək mümkün olub.
Hadisə nəticəsində 3 yaşayış evi əşyları ilə birgə yanaraq kül olub. 2 mənzilin isə müəyyən hissələri yanıb. Yanğın zamanı bir neçə insan tüstüdən zərər çəkib. Təcili tibb yardım briqadası onlara hadisə yerində ilkin yardım göstərib.
Yanğının anidən yaşayış evlərini ağuşuna alması sakinləri xeyli həyəcanlandırıb. Hətta yanğın zamanı ev sahiblərinə məxsus qızıl-zinət əşyaları, 10 min manata yaxın nəğd pulun yanaraq kül olduğu da bildirilir.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Şərhlər bağlıdır.