Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə 14 yanvar 2019-cu il tarixində “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. Layihənin açılışında çıxış edən layihə rəhbəri T. Əlibəyli asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclərin zamanlarını faydalı qrup, səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlarını bildirib. Layihənin əsas məqsədinin gənclərdə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanması olduğunu diqqətə çatdırıb. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak edib. Təlimçi Rəşad Qurbanov gənclərə təlimin ilk günündə sosial şəbəkələrlə bağlı məlumat verib, onlar üçün maraqlı olan sualları cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən facebook-un istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib.
Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub. Təlimdə aktivliyilə seçilən gənclər sertifikatlarla təltif olunacaqlar.
Şərhlər bağlıdır.