Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gənclər “Ulu öndər-əbədiyaşar tarix” mövzusunda bir araya gəldilər

194

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Ulu öndər-əbədiyaşar tarix” mövzusunda onlayn konfrans keçirilib. Konfransa hər iki qurumun əməkdaşları  və gənclər qatılıblar.

Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov Heydər Əliyevin həyat və fəaliyyətindən, sağlam düşüncəli gənclərin yetişməsinə verdiyi töhfələrdən danışıb. Natiq gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən dövlət proqramlarının ardıcıl xarakter almasının əhəmiyyəti, gənclər təşkilatlarının yaranması və onların işinin təkmilləşdirilməsi ilə bağlı məsələlərə də toxunub.

Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Heydər Əliyevin gənclərlə çoxsaylı görüşləri zamanı onlara verdiyi dəyərli tövsiyələrə, gənclər və idman siyasəti sahəsində görülən işlərə diqqəti çəkib, bu gün Azərbaycan gənclərinin beynəlxalq yarışlarda, olimpiadalarda, dünya və Avropa çempiontalarında ölkəmizi layiqincə təmsil etdiyini bildirib.

Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Anar Şahbazov ulu öndərin hakimiyyətə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və tərəqqisi dövrünün başlandığı, Gənclər Evinin əməkdaşı Samrin Xanlayev ümummillli liderin rəhbərliyi ilə Konstitusiyamızın yaradılması, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparılması, Mingəçevir Dövlət Universitetinin 4-cü kurs tələbəsi Mübarək Aydəmirov isə milli dəyərlərə söykənən, güclü, zəngin elmi potensiala malik, müasir düşüncəli gənclərin formalaşdırılması barədə fikirlərini çatdırıblar.

Sonda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilib.

Şərhlər bağlıdır.