6 gün davam edən tədbir Bədən dili, İnkluziv rəqs, Rəsm terapiyası, Oyuncaq hazırlama texnikası, Hekayə söyləmə və Pantomim teatr növünə həsr olunub.
İncəsənət həftəsinə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir, Qazax, Biləsuvar nümayəndəlikləri, Binəqədi Gənclər Evi, Xəzər Gənclər Evi və Mingəçevir Gənclər Evindən mentor və iştirakçılar qatılıb. Sessiya zamanı iştirakçılar müxtəlif incəsənət janrları ilə tanış olub, interaktiv məşğələlərdə iştirak ediblər. İncəsənət həftəsi boyunca layihə üzvləri uğurlu təqdimat texnikaları, çıxış üçün bədən dilinin düzgün istifadə qaydaları, rəsm və oyuncaq terapiyasının əhəmiyyəti, uğurlu hekayə söyləmənin və teatr növlərinin kommunikasiyadakı təsiri göstərilib.
Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.
Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, UNİCEF Azərbaycan və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilir.
Şərhlər bağlıdır.