Gənclərə stresin idarə olunması barədə danışılacaq
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycan və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Əsas Həyat Bacarıqları” təlim kursunun X mərhələsinə start verilib. Bu mərhələnin ilk təlimində təlimçi Seymur Səfəralıyev gənclərə “Əsas Həyat Bacarıqları” təlim kursu ilə bağlı məlumat verib. Daha sonra “Stresin idarə olunması” mövzusu ilə tanış olan gənclər:⠀
- stres yaradan səbəbləri araşdırıb və müzakirə edib;⠀
- stresin aradan qaldırılmasında nəfəs alıb-vermə hərəkətlərini təcrübədən keçirib;⠀
- diqqəti düzgün yönəltməklə stresi idarə edə biləcəklərini öyrəniblər.⠀
2 ay davam edəcək təlim kursu zamanı yeniyetmə və gənclər “Özünütanıma”, “Şəxslərarası bacarıqlar” və “Düşünmə bacarıqları” adlanan 3 bölməya daxil olan müxtəlif mövzular üzrə bilik və bacarıqlara yiyələnəcək, sonda sertifikatla təltif ediləcəklər.⠀
Şərhlər bağlıdır.