Gələcəyini gəncliyindən qoru!
1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı gənc nəslə diqqət və qayğını daha da artırılmasına səbəb oldu. O hakimiyyəti dövründə gənclərlə bağlı neçə-neçə sənədlər imzalamışdır. 1994-cü il 26 iyulda Gənclər və İdman Nazirliyinin yaradılması, 1997-ci il fevralın 2-də imzaladığı fərmanla 2 Fevral Azərbaycan Gəncləri günü elan etməsi bunlar hamısı gənclərə olan qayğısının bariz nümunəsi idi.
İnsanın həqiqətən də gələcəyi əsasən onun gəncliyindən bəlli olur. 1996-cı il 22 iyunda Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında imzalanan fərman gənclərin elmə, tərəqqiyə aparan uğurlu bir yol idi. 1999-cu il iyulun 29-da “Dövlət Gənclər siyasəti haqqında” fərman imzalandı. 2002-ci il 9 apreldə isə Gənclər siyasəti haqqında qanun qəbul edildi.
Ulu öndər Heydər Əliyev deyirdi: Gənclər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində öz xidmətlərini göstərməlidirlər və mən əminəm ki, bu gələcəkdə belə də olacaqdır. O deyirdi: Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir və sarsılmazdır.
Ulu öndər gənclərə münasibətdə vurğulayırdı ki, mənim siz gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Mən sizə arxalanıram siz də mənə arxalana bilərsiniz.
Gənclərlə rifahına xidmət edən mühüm dövlət proqramları qəbul olunmuşdur:
-“Azərbaycan Gəncliyi Dövlət proqramı” (2005-2009-cu illər).
-“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq Potensialının İnkişafı üzrə Dövlət proqramı (2006-2010-cu illər”.
-“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət proqramı”.
-“2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”.
-“Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə dövlət proqramı”.
Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi və hər bir şəhər və rayonlarda “Gənclər evinin” yaradılması nəzərdə tutulurdu.
Gənclərə qoyulan sərmayə prezident İlham Əliyevin imzaladığı sərəncamda öz əksini tapırdı. 2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının həyata keçirilməsi nəticəsində 5 mindən artıq Azərbaycan Gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. 2011-ci ilin 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondu təhsis olundu. Buna nümunə olaraq bu günə kimi 4545 uğurlu layihə məliyyələşib. 2013-cü il 2 iyulda Azərbaycanda ilk dəfə “Gənclər üçün Prezident mükafatı” təsis edildi.
Gəncə şəhəri 2016-ci ildə Avropa Gənclər Paytaxtı adına layiq görüldü. Bu haqda 2016-ci il 24 fevralda sərəncam imzalanmışdır.
Dövlət gənclərə göstərdiyi etimadın ən yüksək nümunəsi kimi gənc kadrların irəli çəkilməsi, onlara diqqət və qayğının göstərilməsi idi.
Azərbaycanda vətənpərvər Azərbaycan gəncliyinin yetişdirilməsi bunu bir daha 44 günlük tarixi müharibəmizdə görmək oldu. Məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqın 30 illik torpaq həsrətinə son qoydu.
2019-cu ilin dekabrin 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsində sərəncam imzalandı. Könüllülər hərəkati Asan xidmətindən başladı və onların çoxu bu gün müxtəlif sahələrdə çalışırlar.
Bu gün Azərbaycanda Gənclərin İnkişaf və Kariyera Mərkəzi fəaliyyət göstərir. Gənclərin hərtərəfli inkişafının təmin olunması Gənclərin İnkişaf və Kariyera Mərkəzi nümayəndəlikləri tərəfindən müxtəlif peşə təlimləri müxtəlif oyunlar və digər tədbirlər təşkil olunur. Təsadüfi deyil ki, Respublikanın 55 şəhər və rayonunda Gənclərin inkişaf və Kariyera Mərkəzi nümayəndəlikləri fəaliyyət göstərir.
FHN Aran Regional Mərkəzinin
Maarifləndirmə sektoru
Şərhlər bağlıdır.