Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Gənclər üçün Soft Skills” layihəsindən kimlər faydalandı?

Mingəçevir şəhərində və Balakən rayonunda təhsil alan yeniyetmə və gənclərin yumşaq bacarıqlar əldə ediblər

Layihə çərçivəsində Balakən rayonunda və Mingəçevir şəhərində gənclərə ünsiyyət bacarıqları, liderlik və komanda ilə iş, bədən dili, auditoriya qarşısında çıxış, müsahibədə nitq və digər yumşaq bacarıqların öyrədilməsi üçün təlimlər keçilib.

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində və Balakən rayonunda təhsil alan yeniyetmə və gənclərin yumşaq bacarıqlar əldə etmələrinə təkan verməkdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin əmək bazarında uğurla təmsil olunmalarına fayda verəcəkdir.

Firəngiz TELMANLI

Şərhlər bağlıdır.