Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gənclər üçün ən gərəkli peşələrə yiyələnmək fürsəti

Mingəçevir Turizm Kolleci 2025-2026-cı tədris ilində əlavə təhsilin təkrar orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbulu elan edir

24

 

Mingəçevir Turizm Kolleci 2025-2026-cı tədris ilində əlavə təhsilin təkrar orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbulu elan edir. Qəbul əyani təhsil

✅ Turizm işinin təşkili
✅ Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
✅ Turizm bələdçiliyi
✅ İaşə müəssisələrinin servisi
✅ Rekreasiya, idman və sağlamlıq turizmi
✅ Aqroturizm
✅ Mühasibat uçotu
✅ Maliyyə işi
✅ Muzey işi və abidələrin qorunması
✅ Nəqliyyatın logistikası ixtisasları üzrə aparılır.
    Təkrar orta ixtisas təhsili almaq istəyənlər elektron qaydada portal.edu.az vasitəsilə “Əlavə təhsilə elektron sənəd qəbulu xidməti” bölməsinə şəxsi məlumatları daxil etdikdən sonra “Əlavə” sənədlər bölməsinə aşağıda qeyd olunanları yükləməlidirlər:
-Direktorun adına ərizə
-Orta ixtisas təhsili haqqında sənədin-diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri
-Əmək kitabçasının surəti (hazırda işləyirsə)
-Sağlamlıq haqqında arayış
   Qəbul imtahansız, müsahibə yolu ilə aparılır.
    Təqdim olunan sənədlərin müvafiq tələblərə cavab verməsi və iddiaçının təkrar orta ixtisas təhsili almaq hüququnu qazanması “təkrar orta ixtisas təhsilinə dair müvafiq əsasnamə”yə uyğun olaraq yaradılan müsahibə komissiyası tərəfindən müəyyən edilir. İddiaçıların müraciətlərinə baxılması müsahibə komissiyası tərəfindən həftənin cümə günləri həyata keçiriləcək.
Sənəd qəbulu 02 iyun 2025-ci il tarixdən 29 avqust 2025-ci il saat 18:00-dək davam edəcəkdir.
Ünvan: 20 Yanvar küçəsi 12
Əlavə məlumat üçün:
Tel: (024)  27 4-34-34, (050)  564-95-92
mtktourismcollege@gmail.com
info@mtk.az

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.