Gəncə şəhərində dəhşətli hadisə baş verib. Həyat yoldaşının gözlərini çıxaran ər sonra intihar edib.
Ailə münaqişəsi zəminində baş verən hadisədə zərərçəkmiş 40 yaşlı H.Quliyeva gözlərindən bıçaq xəsarətləri alaraq görmə qabiliyyətini itirib. Həyat yoldaşına bıcaq zərbələri endirdikdən sonra cinayətkar intihar edib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.
Şərhlər bağlıdır.