Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının qurulmasına dəstək” layihəsi həyata keçirilib

Layihə çərçivəsində Mingəçevir şəhərində gənclərə beynəlxalq əməkdaşlıq, əməkdaşlığın qurulması üsul və ardıcıllığı, beynəlxalq tələblər, beynəlxalq tərəfdaşların tapılması mexanizmləri, beynəlxalq təmsilçilik və s. məsələlər üzrə bilik və bacarıqlarının artırılması üçün təlimlər keçilib.

“Uğurlu Gələcək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin beynəlxalq münasibətlərin qurulması üzrə bilik və bacarıqlar əldə etmələrinə təkan verməkdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin əmək bazarında və beynəlxalq arenalarda uğurla təmsil olunmalarına fayda verəcəkdir.

Firəngiz TELMANLI

Şərhlər bağlıdır.