Futbol üzrə şəhər kubokuna yekun vuruldu
Gənclər və İdman İdarəsinin və Mingəçevir Bələdiyyəsinin təşkilatçılığı ilə Yaşar Məmmədzadə adına şəhər stadionunda futbol üzrə Mingəçevir kuboku keçirilib. Yarışlarda şəhərin müəssisə və təşkilatlarının 12 komandası mübarizə aparıb. Finalda MİS-7 A birinci, MİS-8 ikinci, “Zülfüqar” isə üçüncü yerə sahib olublar.
Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli və Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev qalibləri təbrik ediblər. Onlara kubok və diplomlar təqdim olunub. Mingəçevir Bələdiyyəsinin adından MİS-7 A komandasının üzvlərinə idman geyimləri də bağışlanıb.
Mahir Əliyev,
Gənclər və İdman İdarəsi.
Şərhlər bağlıdır.