Elm və təhsilMingəçevir

Əfqanıstan şəhidi 37 ildir ki, dogma məktəbinə “gəlir”

Aprelin 16-da Əfqanıstan Veteranlar İttifaqı Mingəçevir şöbəsinin nümayəndələri beynəlmiləl döyüşçü İlqar Nuşirəvan oğlu Rüstəmovun xatirəsinin anıblar. 1962-ci ildə Mingəçevirdə, Tərəvəzçilik sovxozunda  doğulan, 1982-ci ildə Əfqanıstanda qəhrəmanlıqla həlak olan və “Qızıl Ulduz” ordeninə layiq görülən  İlqar ölümündən 37 il  keçməsinə baxmayaraq, bu gün də öz doğma məktəbinə və qəsəbəsinə, keçmiş döyüş yoldaşlarının yanına “qayıdıb”. Hər il olduğu kimi bu il də onun adını daşıyan 5 saylı orta məktəbdə müəllim və şagirdlər birgə hazırladıqları maraqlı kompozisiyanı təqdim ediblər. 8 il bu məktəbdə təhsil almış İlqarın həyat və döyüş yolundan danışılıb,  mahnı və şeirlər oxunub, videoçarxlar nümayiş etdirilib. Məktəbin rəhbəri Sevinc Talıbova, Peşə məktəbinin direktoru İlham İlyasov,   İlqarın bacısı Xatirə xanım, Əfqanıstan Veteranlar İttifaqı Mingəçevir şöbəsinin sədri Elşən İbrahimli,  “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və başqaları Azərbaycan əsgərinin həm sovetlər dövründə, həm də müstəqillik illərində öz peşə borcunu şərəflə yerinnə yetirdiyini, bu günkü gənclərə örnək ola biləcəyini vurğulayıblar.

Tədbirdən sonra Xatirə xanımın evində İlqar Rüstəmovun və bütün şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close