Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Fikrət Hüseynov: “Lenin ordeninin Heydər Əliyev yaxama özü taxıb”

“Azərbaycan tarixinin 35 illik bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində o, Azərbaycanı tarixin çətin sınaqlarından çıxarıb, müstəqil ölkəmizin etibarlı bünövrəsini yaradıb. Bu  böyük insanın ömür yolu və siyasi fəaliyyəti haqqında cildlər yazılıb, dəyərli filmlər çəkilib. Təkcə Azərbaycanda deyil, dünya siyası arenasındakı fəaliyyəti, planetar miqyasdakı nüfuzu hər bir azərbaycanlının fəxr mənbəyinə çevrilib. İllər keçsədə onun insanların qəlbində yaşatdığı sevgi unudulmur,hər bir görüşü ,hər bir addımı xatirəyə çevrilərək yaddaşlara həkk olunur”.

Sovetlər dönəmində 30 il Mingəçevir Toxuculuq kombinatında usta köməkçisi işləyən və hazırda 82 yaşına çatan Mingəçevir sakini Fikrət Hüseynov belə deyir. O, Heydər Əliyevlə görüşlərini bu gün olmuş kimi xatırlayır: “İki dəfə görüşüm olub. İlk görüşüm  1980-cı il noyabrın 5-də, Bakı şəhərində, Ali Sovetdə  mənə Lenin ordenini təqdim edəndə olub. Əlimi bərk sıxdı və ordeni yaxama taxdı. Mən o illəri heç vaxt xatirimdən çıxara bilmirəm. Elə bilirəm ki, bu, dünən olub. O qədər səmimi insan idi ki.. Mənim kimi təltif olunan digər 35 nəfərə də mükafatları özü tədim etdi, yorulmadan hər kəsin əlini sıxaraq təbrik etdi.
Ulu öndərlə ikinci  dəfə görüşüm 1981-cü il oktyabrın 21 -də baş tutdu. O, toxuculuq kombinatına gələrək, kombinatla fəaliyyəti ilə yaxından maraqlandı, bizimlə səmimi söhbət etdi. Onunla görüş məndə o qədər gözəl təəssürat oyatdı\ Sanki bütün dünyanı mənə bağışlamışdılar. Bu görüşdən ruhlanaraq, işimizə daha ciddi və məsuliyyətli yanaşırdıq”.

Fikrət Hüseynov Lenin ordenindən qabaq Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif olunub. Kombinatda əyrici sexində 40 ədəd əyrici maşına qulluq edib: “O zaman Azərbaycanda bu qədər maşına baxan yox idi. Mənim əyirdiyim ip 85 nömrəli idi. Bu iplər yüksək keyfiyyətli idi və tikiş kombinatına göndərilirdi. Onun pambığı Özbəkistandan gətirilirdi”.

Fikrət Hüseynov 1998-ci ilə qədər Mingəçevir Toxuculuq Kombinatında işləyib, elə oradan da təqaüdə çıxıb. İndi evdə oturub nəvələrinə keçmiş həyatından, o cümlədən Heydər Əliyevlə görüşlərindən söhbət açır.

Şərhlər bağlıdır.