“Expresión México” xəbər saytı Xocalı soyqırımından yazdı
“Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır”.
Bu barədə Azərbaycan – Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Meksikanın “Expresión México” xəbər saytına bildirib.
“25-26 fevral 1992-ci il tarixlərində Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsindəki Xocalı qəsəbəsinə daxil olaraq, 63 uşaq da daxil olmaqla 613 azərbaycanlı soydaşımızın qətlini əhatə edən insanlığa qarşı cinayət hesab edilən vəhşiliklər törətdi. 1992-ci ildən bu günə qədər həyatın müdafiəsi, insan haqlarına hörmət etmə ehtiyacı və xalqların şüurunda səslənən davamlı bir zəng kimi Xocalı Soyqırımı xatırlanır.
Azərbaycan yenə də Ədalət üçün çağrış edir”, – deyə M.Qurbanov vurğulayıb.
Şərhlər bağlıdır.