Qarabağ

ERMƏNİSTANIN TƏXRİBATLARI ONUN ACİZLİYİNİN ƏYANİ SÜBUTUDUR

Düşmənimizin müsəlman ölkələrində diplomatik fəallığı yalnız onların hiyləsi ola bilər

Dünya siyasətində tanınmış liderlərdən olan Heydər Əliyevion həyat və fəaliyyəti Azərbaycan xalqı üçün bir örnəkdir. Hələı Sovet İttifaqı rəhbərliyində olarkən  Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar və elə ilk vaxtlardan silaha, terror əl atdılar.

Gizlin deyil ki, Sovet İttifaqının dağılması ərəfəsində  Azərbaycana qarşı böyük ədalətsizliklər edilib.  Azərbaycan xalqının cəlladı Qorbaçov və onun  ermənilərdən ibarət yaxın ətrafı   ölkəmizə qarşı nifrətini açıq göstərirdilər. O zamanlar Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyəQorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi.  Volskinin vaxtında  azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar.

Azərbaycanın o zamankı rəhbərliyi xalqa xəyanət etmişdir. Tutduğu vəzifənin öhdəsindən gələ bilməyən insanların vəzifədə olması heç bir zaman ölkəyə, xalqa xeyir gətirə bilməz. O zaman Azərbaycan hakimiyyətində kreslo davası gedir, xalqı, vətəni düşünməyən insanlar respublikanı idarə edirdilər.  Nəticə isə göz qabağındadır, torpaqların işğalı, minlərlə insanın köçkün halı və yaxud da şəhid məzarları…

Ötən əsrin sonlarında, doxsanıncı illərdə düşmən tərəf dəfələrlə torpaqlarımızda terrorlar, soyqırımlar törətməklə yüzlərlə soydaşımızın öldürülməsinə nail oldular. Düşmən insan ölümündən zövq alır, onlar qaniçəndir. Tarixən belə olub. Özgə malına, torpağına göz dikiblər, hiyləyə əl atmaqla yaltaqlanmaqla istədiklərini əldə etməyə çalışıblar.  Sovet İttifaqının 366-cı alayı  azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır.

Müasir vəziyyət

Paşinyanın simasını dünya gördü.  Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi  məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında ancaq nifrət hissləri doğururdu.

Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir. Daha sonra Paşinyan  Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş  etmişdir. Hər kəs bilir ki, Paşinyan   Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq , danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş,  atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir.

Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirmişlər. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadəetməmişdir.

İyul hadisələri  göstərdi ki, ermənilər hər zaman qan tökməyə çalışır, özgə torpaqlarına silahlı basqınlar etməyə çalışırlar. Hadisələr zamanı Azərbaycan tərəfi olaraq biz səhidlər versək də, qəhrəman hərbçilərimiz düşməni yerində oturtdu. İndi Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir?

 Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev   Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsindən Dağlıq Qarabağ münaqişəsinə dair məsələlərə xüsusilə toxunub. O deyib ki,  “Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır”. Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?”. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur.”

Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb.  Bu onu göstərir ki, Ermənistanda insane hüquq və azadlıqları pozulur, azad söz, mətbuat hüç bir əhəmiyyət kəsb etmir.

Ermənistanda həmişə vəziyyət qeyri-normal olub.   İki keçmiş prezident  sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “FreedomHouse”, “HumanRightsWatch”, “AmnestyInternational” niyə susur?

Paşinyanın təxribatları ağlasığan deyil. Özgə torpağına öz torpağı kimi yanaşır, fikirləşmir ki, ədalət zəfər çalacaq, onlar etdiklərinin cəzasını çəkəcəklər.

O heç dünya dövlətlərini, onların qərarlarını saymır, danışıqları vecinə almır. Yəni Paşinyan siyasətçi deyil, avantüristdir, dələduzdur.  Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.  Həmçinin  Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz. Minsk qrupunun həmsədrləri də  Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirsələr də hələ ki, müsbət dəyişiklik yoxdur.

Bundan başqa  Ermənistanın işğal edilmiş torpaqlarda   məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara  ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər. Həyasızlığa bax ki,   Azərbaycanın qədim tarixi şəhəri olan  Şuşada da ev sahibi kimi   tədbir keçirib. Qondarma rejimin  dırnaqarası rəhbərinin andiçmə mərasiminin keçirməsi  isə növbəti təxribat,  açıq təhqirdir.

Düşmən tərəfinin hansısa komediya tipli təlimlər keçirməsi   açıq təxribatdır. İyul hadisələri açıq silahlı təxribatdır.  Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi   açıq etiraf edib ki, atəşkəsi Ermənistan tərəfi pozub. Bundan başqa iyul təxribatından sonra avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub.

Cənab İlham Əliyev bunlarla bağlı fikri də çox aydındır,  “Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.”

 

Azərbaycan Prezidentinin təxribatlarla bağlı mövqeyi

Prezidentimiz  qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq   məsuliyyətsizlikdir.

Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir”. Əslində isə Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir.  Jurnalistlərin suallarına aydınlıq gətirən dövlətimizin başçısı düşmənin bütün hiylələrini açıq-aydın göstərib.  O qeyd edib ki, Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik”, Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır”, Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir . Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur”,   Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu ,  BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.”

Real vəziyyət isə belədir.  Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Ermənistan təcavüzkar dövlətdir, bunu bütün dünya dövlətləri bilir.  Ermənistan terrorizmə sponsorluq edən ölkədir.  Ermənistan bizim üçün daim təhlükə mənbəyi olub və olacaq. Dövlətimizin başçısının dediyi kimi, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək”, Bizə qarşı ciddi təxribat    törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur”,  Əgər ermənilər öz çirkin planlarındanəl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.

Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi  isə dost bildiyimiz dövlətlərin ikili rol oynaması kimi qiymətləndirilməlidir

Azərbaycan Prezidenti mövcud  problem və narahatlıqlar haqqında xalqa və müttəfiqlərinə açıq mesajlar verir. Azərbaycan xalqı heç vaxt başqa dövlətlərə pis niyyətlə , yaxud da təxribatla yanaşmayıb. Biz yalnız dostluq və əməkdaşlıq etməklə dövlətimizin güclənməsinə çalışırıq. Azərbaycanın dünyaya inteqrasiyası naminə İlham Əliyevin həyata keçirdiyi iqtisadi-siyasi islahatlar öz bəhrəsini göstərməkdədir.   Serbiya və Rusiya  prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim”, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi.  Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm”.

Ermənistan və Gürcüstanda yaşayan, bir çox hallarda   gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizməmeyil göstərirlər.

Bununla bağlı prezidentimiz müsahibəsində belə deyib: ”Azərbaycan hər zaman Gürcüstanın yanında olub.  Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur”.

Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub.

Ermənistanın müsəlman ölkələrində diplomatik fəallığı yalnız  onların hiyləsi ola bilər. Ona görə ki, ermənilər müsəlmanları heç zaman dost ola bilməzlər.

Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Prezidentin xarici siyasət istiqamətləri ilə çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri iləəlaqələrdir.  Azərbaycanı BMT-dəən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir.

Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib.  Prezident İlham Əliyev : “ Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin” , Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır.   Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq?”

Ermənistanda  islamofobiya  dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər. Elə Azərbaycanda o zaman ermənilər yaşadıqda da öz uşaqlarını azərbaycanlılara qarşı nifrət ruhunda böyüdüb, tərbiyə ediblər. Torpağımızda otura -otura, suyumuzdan içib, niyyətlərini həyata keçirməyə hazırlaşıblar. Ermənistan  uğursuz ölkədir.  İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Müsəlman ölkələrinin burda hansı marağı ola bilər?

İlham Əliyev : Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm.”, Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir”.

Son illər ərzində Türkiyə-Azərbaycan  birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır.  Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir.

Naxçıvanda təlimlər keçirilmişdir və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir.   Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil- Ermənistan özü baş çıxarsın”.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif  qapıları döyüb yardım istəyirlər.

Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək . Bu müsahibədə prezidentimizin cavabları bizim üçün bir tezisdir,  bir çağırışdır.

Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır.”

1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik.  Biz mütləq öz torpaqlarımıza qayıdacağıq”.

Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”.

Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Azərbaycan heç bir zaman müharibə tərəfdarı olmayıb. 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən atəşkəs rejiminin əldə edilməsi, sonradan Azərbaycan sərhədçilərinin, zabit və əsgərlərinin vətənimizi ləyaqətlə qoruması tarixin şanlı səhifəsidir. Ötən illərdə düşmənin dəfələrlə etdiyi sliahlı hücumlar  ara verməyib, günahsız insanlar öldürülüb.  Lakin bizim Prezidentimiz yalnız haqq ədalət tərəfdarı kimi çıxış edir və  dünya dövlətləri də bunu bilir. Tarixən ədalət qalib gəlib, Azərbaycan xalqı da düşməni yerində oturtmağa qadirdir.

ƏLİAĞA BƏNDALIYEV

“Azərbaycan Ordusunun 100 illiyi medalçısı”

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close