Bu gün oktyabrın 28-də saat 13 radələrində Ermənistan tərəfdən Bərdənin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazilər raket atəşlərinə məruz qalıb. Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri şəhərə “Smerç” yaylım atəşli reaktiv sistemindən atəş açıb. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, düşmənin törətdiyi terror nəticəsində 21 nəfər həlak olub, 70- şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır. Bakunews-un hadisə yerindən hazırladığı videonu təqdim edirik.
Şərhlər bağlıdır.