Energetiklər günü Mingəçevirdə bayrama çevrildi
Konfrans iştirakçıları Azərbaycanın enerji təminatında Mingəçevirin rolundan danışdılar
2023-cü il oktyabrın 20-də Mingəçevirin 75 illiyi və Energetiklər günü münasibəti ilə Azərbaycan İstilik Elektrik Stansiyasında elmi-praktik konfrans keçirilib. Stansiyanın direktoru Təhmasib Hüseynov konfrans açaraq, iştirakçıları salamlayıb. Azərenerji ASC-nin Nəzarət idarəsinin rəisi Səməd İslamov ASC prezidenti Baba Rzayevin təbriklərini çatdırıb.
Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, MDU-nun Energetika kafedrasının müdiri Ülkər Aşurova, Türkiyənin Qazi Universitetinin professoru Cemal Yılmaz, Azərbaycan Vətən Müharibəsi İştirakçıları İctimai Birliyinin sədr müavini Natiq Həsənov Azərbaycanın enerji təminatında Mingəçevirin rolundan danışıblar.
Konfrans iştirakçıları Heydər Əliyevin, şəhidlərin və Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidələr önünə təzə çiçəklər düzüb, Qarabağ savaşlarında şəhid olanları bir dəqiqəlik sükutla yad ediblər. Eyni zamanda “Heydər Əliyev müstəqil energetikamızın banisidir” adlı video filmi izləyiblər.
Bayram münasibətilə Mingəçevirin enerji müəssisələrində fəaliyyət göstərən bir qrup əməkdaşa Azərenerji ASC adından Fəxri Fərman və hədiyyələr təqdim olunub. Tədbirin rəsmi hissəsindən sonra konfrans iştirakçıları çay süfrəsi araxasında söhbətlərini davam etdiriblər.
Şərhlər bağlıdır.