Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Elman Abuşov Vətən müharibəsinin cəsur iştirakçılarından biridir

274

44 günlük Vətən Müharibəsi həm də Azərbaycan xalqına özünə və gücünə daha yaxından bələd olmaq şansı yaratdı. Müharibə dövründə hətta elə oldu ki, ailənin bir neçə övladı könüllü döyüşlərə qatıldı, qəhrəmanlığı ilə hər kəsi heyran etdi. Örnək qəhrəmanlıq nümunəsindən biri də Mingəçevirli Abuşovlar ailəsidir. Zəfər döyüşlərinin cəsur iştirakçılarından biri olan Elman Abuşov ailəsinin vətənpərvər ənənələrini davam etdirdi.

Onun üçün ağır döyüş sınaqları hələ aprel döyüşlərində keçib. Həmin vaxt qısa dönəm xidmətdən artıq hərbi qulluqçu kimi döyüşlərə qatılıb. 44 günlük Vətən Müharibəsinin ilk günlərindən etibarən isə könüllü şəkildə ordu sıralarına qatılaraq Şuşa ətrafında gedən döyüşlərə qədər vuruşub. Həm də müharibə veteranı olan qardaşı oğlu ilə çiyin çiyinə…

Elman Abuşov deyir ki, əslində qalib ordunun sağ qalan bütün əsgərləri qazidir.  Müsahibimiz Hadrutda və Topxana meşəsi istiqamətində ağır döyüşlərin şahidi olub, dəfələrlə mühasirədə qalıblar. Ən maraqlı məqamlardan biri də odur ki, Topxana meşəsində həyata keçirdikləri əməliyyat düşməni yayındırmaq məqsədi daşıyıb.

Şəhid qardaşların xatirəsinə bulaq inşa olundu Tural və Musa şəhid qardaşlarının anası Nəhayət Həsənova: ”Elə bildim oğullarım gəlib məni təbrik etdilər” İşğaldan azad olunmuş Şuşa şəhəri

Yeri gəlmişkən xatırladaq ki, Elmanın iki qardaşı – Tahir və Sakit hələ birinci Qarabağ müharibəsində döyüşlərə könüllü qatılıblar. Döyüşlərin birində Sakit ağır yaralanıb, Tahir isə şəhid olub. Ailənin digər övladı Elxan isə hərbi peşəni özünə həyat yolu seçib. Hazırda polkovnik rütbəsində xidmətini davam etdirir.

Apa.tv

Şərhlər bağlıdır.