Eldar İbrahimov: “Ağsaqqallar dünənimiz, bu günümüz və sabahımızdır”
Aprelin 15-də Mingəçevir Ağsaqqallar Şurasının növbəti konfransı keçirilib. Şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov konfransda çıxış edərək, yaşlı nəslin cəmiyyətin həyatındakı rolundan, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsindən, xüsusən 44 günlük 2-ci Qarabağ müharibəsində Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun zəfər yürüşündən danışıb.
Şəhidlərin və dünyasını dəyişmiş yaşlıların xatirəsi bir dəqiqəlik sükutla yad edirlikdən sonra iştirakçılara Ağsaqqallar Şurasının yeni Əsasnaməsi barədə məlumat verilib və açıq səsvermə yolu ilə şəhər Ağsaqqalar Şurasının yeni tərkibi formalaşdırılıb. İdarə heyəti üzvlüyünə Akif Hacıyev (sədr), Yaqub Babayev (sədrin müavini), Cəlal Həsənov, Yaqub Hüseynov və Yunis Yolçuyev, Nəzarət Təftiş Komissiyasına isə Əli Xəlilov (sədr), Mustafa Muradov və Əbülfət Ədilov seçiliblər.
A.Hacıyev ona yenidən etimad göstərildiyinə görə konfrans nümayəndələrinə təşəkkür edib, insanların rifahı naminə ölkədə və şəhərdə aparılan abadlıq-quruculuq işlərindən danışıb. O, vurğulayıb ki, ağsaqqallar öz nüfuzlarından istifadə edərək, əhali, xüsusən gənc nəsil arasında maarifləndirici söhbətlərini davam etdirəcək. Yeri gəlmişkən, A.Hacıyev 2013-cü ildən şuraya rəhbərlik edir.
Konfransa qatılan Azərbaycan Ağsaqqallar Şurası sədrinin 1-ci müavini, Milli Məclisin üzvü Eldar İbrahimov hazırkı dövrdə təşkilatın qarşısında duran vəzifələrdən danışıb. O, deyib ki, ağsaqqallar dünənimiz, bu günümüz və sabahımızdır. Heydər Əliyevlə birgə çalışdığı təlatümlü 90-cı illəri xatırlayan MM üzvü bildirib ki, məhz milli liderin oğlu və siyasi varisinin gücü ilə Azərbaycan 30 illlik məğlubiyyətə son qoydu. Natiq diqqətə çatdırıb ki, qələbədən sonra da ölkə başçısının ətrafında sıx birləşmək, azad olunmuş torpaqlarımızın bərpasına, problemlərin həllinə hamılıqla yardımçı olmaq vacibdir.
Şərhlər bağlıdır.