Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ekoloji təmiz məhsul barədə sosial çarx ictimaiyyətə təqdim olundu

layihə müddətində Ağdam, Ağcabədi, Tərtər, Bərdə rayonlarının fermerləri üçün seminarlar təşkil edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İB-yi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında “Ekoloji təmiz məhsul” istehsalının təşviqi”layihəsi çərçivəsində hazırlanmış sosial çarxın Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təqdimatı keçirilib. Təqdimatda Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin aqronom ixtisaslı tələbələr iştirak ediblər.

Bu barədə İctimai birlikdən qəzetimizə məlumat verilib.  Bildirilir ki, tədbirdə kollecin direktoru ”ekoloji təmiz məhsulun” təşviq edilməsini aktual olduğundan danışıb, həyata keçirilən layihənin ideya və məzmunun, qarşıya qoyduğu məqsədin günün tələbi ilə səsləşdiyini vurğulayıb,  görülən işləri yüksək qiymətləndirib.

Təqdimat zamanı

Layihə rəhbəri Musa Muradlının dediyinə görə,  layihə müddətində Ağdam, Ağcabədi, Tərtər, Bərdə rayonlarının fermerləri üçün seminarlar təşkil edilib: “Fermerlərə ” ekoloji təmiz məhsul” istehsalı təşviq olunub. Ekoloji təmiz məhsul haqqında buklet hazırlanıb. Eyni zamanda “ekoloji təmiz məhsul” adlı sosial çarx çəkilib. Gənc aqranomlarla keçirilən təqdimat görüşünü həm də hesabat tədbiri hesab edirəm. Gənc aqranomların gələcəkdə bu ideyanın genişlənməsində və təşviqatın aparılmasında əməli işlər görə biləcəyinə əminəm”. .

Tədbirdə sosial çarxın təqdimatı ilə yanaşı keçirilən tədbirlərin xülasə yekunu olaraq seminarlardan hazırlanmış videohekayə nümayiş etdirilib, eyni zamanda tələbələrlə diskusiya aparılıb.

 

Şərhlər bağlıdır.