“Ekoloji İnformasiya” İctimai Birliyi Füzuli rayonunda ekoturizm mövzusunda seminar təşkil edib
“Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması” ideyasının aktuallığını əsas götürməklə bölgədə ekoturizmin təşviinə ehtiyyac olduğunu nəzərə çatdırılıb
Aprelin 5- də Ekoloji İnformasiya İctimai Birliyi ekoturizm mövzusunda Füzuli rayonunun sakinləri üçün seminar təşkil edib.
Tədbirin başlanğıcında Azərbaycan Respublikasının ərazi btövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə giriş nitqi ilə çıxış edən “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri Musa Muradlı bildirib ki, “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması , monitorinqi və tövsiyyələrinin hazırlanması” layihəsi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ilə həyata keçirilir.
Musa Muradlı qeyd edib ki, uzun illərdən sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin komandanlığı sayəsində müzəffər ordumuz 44 günün içində işğal altında olan torpaqlarımızın azadlığına nail olub. Qarabağ və Şərqi Zəngəzurun rayonları işğalçılardan təmizlənib. Erməni vandalizmininin vəhşiliklərinin qurbanı olmuş şəhərlərimizdə abadlıq quruculuq işləri aprılır. İnfrastruktur yaradılır. Qarabağın sürətlə inkişafı bölgənin yenidən əvvəlki şöhrətinin özünə qaytarılması deməkdir. Nadir təbiət mənzərələri, səfalı yerləri,təmiz havası, mineral tərkibli şirin suları ilə zəngin Qarabağ turistlər üçün də arzu olunandır. Hansı ki, işğaldan əvvəl Qarabağ bölgəsinə gələn qonaqların sayı çox olub. Layihə rəhbəri “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması” ideyasının aktuallığını əsas götürməklə bölgədə ekoturizmin təşviinə ehtiyyac olduğunu nəzərə çatdırıb.
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələr üzrə meneceri Fuad Rzayev yeni yaranan Agenlik haqqında, agentliyin məqsəd və prinsiplərindən danışaraq ötən ilin qrant müsabiqəsində iştirak edən QHT-lərin sayı , qalib elan olunan layihələr haqqında məlumat verib. Bildirib ki, ekoloji yönümlü layihələr içərisində bəyənilən layihələrdən biri də “Ekoloji İnformasiya” İctimai Birliyinin “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsi olub. Ağentlik nümayəndəsi Fuad Rzayev “Ekoloji informasiya” İctimai Birliyinə fəaliyyətində uğurlar arzulayıb.
“Ekoloji İnformasiya “ İctimai Birliyinin sədr müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, layihənin eksperti Xosrov Musayev Turizm, turizmin növləri, ekoturizm anlayışı, ekoturizmin turizmin digər növlərindən fərqi barədə geniş və əhatəli məlumat verib. Bildirib ki, Qarabağ İqtisadi Rayonunda ekoturizmin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycan Respublikasının prezidenti , cənab İlham Əliyevin qarşıya qoyduğu hədəflərdən biri də məhz Qarabağ bölgəsində turizmin inkişafına nail olmaqdır. Bunun üçün artıq addımlar da atılır. Yaxın günlərdə Suqovuşanda turizm kompleksinin bünövrəsinin qoyulması bunun bariz nümunəsidir-deyə Xosrov Musayev vurğulayıb.
9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev turistlərdə xoş təəssürat yaratmaq üçün ətraf mühitin təmiz saxlanılmasını vacib olduğunu bildirib. Bunun üçün də hər kəs ekoloji məsuliyyəti yaddan çıxarmamalı, ətraf mühitin təmiz saxlanılmasında yaxından iştirak etməlidir.
Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova ekoturizm mövzusunda keçirilən maraqlı tədbir üçün layihənin işçi heyətinə təşəkkürünü bildirib.
Füzuli rayon İcra Hakimiyyətinin məsul işçisi Hüseyn Cavid qonaqları salamlayaraq, ekoturiz mövzusunda keçirilən seminarı faydalı hesab edib. “Ekoloji İnformasiya” İctimai Birliyinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri , layihə rəhbəri Musa Muradlı tədbirdə iştirak etdiyinə görə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələr üzrə meneceri Fuad Rzayevə və yaradılan şəraitə görə Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyevə, İcra hakimiyyətinin əməkdaşlarına, ev sahibliyi edən Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimovaya , eyni zamanda tədbirin iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirin yekununda iştirakçılar üçün çay süfrəsi təşkil olunub.
Şərhlər bağlıdır.