“Eko-Tes” telekanalllar vasitəsi ilə ətraf mühitin qorunmasına və mövcud problemlərə diqqəti çəkir
“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik ictimai birliyi bu günlərdə Azərbaycan Respublikası Prezidentinin yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunması mövzunda seminarların təşkili” adlı layihəsini uğurla başa vurub. Məqsəd telekanalllar vasitəsi ilə ətraf mühitin qorunmasına və mövcud problemlərə diqqəti çəkmək, geniş əhali kütləsinin bu sahədə fəallığının artırılması yollarını araşdırmaq olub.
Televiziya verilişində “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik ictimai birliyinin sədri Çingiz Nəzərov, müstəqil elspert Xosrov Musayev aparıcı Rasim Zeynalovla birlikdə ekoloji problemləri, onların insan orqanizminə təsiri, respublikanın sənaye müəssisələrinin ətraf mühitin çirkləndirilməsindəki rolu barədə danışıblar. Əhalini daha çox narahat edən, son zamanlar ölkə başçısının da xüsusilə vurğuladığı su çatımazlığı, içməli su və onun keyfiyyəti ilə bağlı məsələr ətrafında müzakirələr aparılıb. Diqqət su qanunveriçiliyi, bu qanunveriçilikdəki böşluqlara yönəldilib, bu tip məsələlər ön plana çıxarılıb.
Televiziya verilişləri zamanı bir fikir də vurğulanıb ki, ekoloji tərbiyə, ekoloji mədəniyyət millətin ümumi mədəniyyətinin tərkib hissəsi olmaqla yanaşı həm də onun əsas göstəricisi, başlıca indikatorudur.
“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi ekspertlərinin iştirakı ilə hazırlanan iki televiziya verilişi həm “Aran TV”, həm də “Kəpəz TV”də yayımlanıb. Bu verilişlərdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ekoloji məsələrə həssas yanaşması da qeyd edilib.
Şərhlər bağlıdır.