Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Effektiv Ünsiyyət Bacarıqları” layihəsi başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondu maliyyə dəstəyi ilə icra edilən “Effektiv Ünsiyyət Bacarıqları” layihəsinin icrası başa çatıb.

Xanım Məmmədovanın rəhbərlik etdiyi “Effektiv Ünsiyyət Bacarıqları” layihəsinə Quba şəhərində yaşayan altmışdan çox gənc cəlb edilib.
Gənclərə üç modul üzrə təlimlər keçirilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır – 2023” fərdi qrant müsabiqəsinin qalibidir və əsas məqsəd Quba şəhərində yaşayan gənclərin təqdimat, özünü ifadə və debat bacarıqlarının inkişaf etdirilməsidir.

Layihə iştirakçılarına sertifikatlar təqdim edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.