Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi, “Düzgün seçim, uğurlu gələcək” adlı layihəsi uğurla həata keçirilib. Layihənin əsas məqsədi hələ də gələcək karyeraları ilə bağlı heç bir seçim edə bilməyən şagirdlərə ali təhsil və peşə təhsili ilə bağlı istiqamətlər və imkanlar barəsində dolğun məlumatlar vermək və müasir dövrün əmək bazarı ilə şagirdləri yaxından tanış etmək olub.
Layihənin icrası zamanı Bərdə rayon məktəblilərə 12 təlim keçirildi. 60 nəfər şagirdə 12 gün müddətində aşağıdakı mövzularda
- Müasir dövr və əmək bazarı (məlumatlandırıcı seminar)
- Düzgün ixtisas zamanı nələrə diqqət etmək lazımdır (təlim formatında)
- Yüksək bal, yoxsa yüksək sərişdə (motivasiya təlimi)
- Uğurun formulu
- Özünü təqdimetmə bacarıqları
- Düzgün cv və onun yazılması
- Peşə təhsili və imkanlar (məlumatlandırıcı görüş)
- Müasir peşələr və gələcəkdə tələb olunan peşə sahələri (seminar)
- Düzgün cv və onun yazılması
- Uğurun formulu
- Karyera Planlanması
- Özünü təqdimetmə bacarıqları
təlimlər keçirilib.
Sonda layihənin bağlanış mərasimi keçirildi. Bağlanış mərasimində məktəbin direktoru Zülfüqar Əsədov, layihə rəhbəri Nərgiz Əhmədova, layihə eksperti Etiram Sadıqzadə iştirak edib.
İştirakçılara layihə boyu keçirilən təlimlərlə bağlı ətraflı məlumat verildi, fikir mübadiləsi aparıldı, şagirdlərin fikirləri dinlənildi və sonda layihənin təlimlərində iştirak edən bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Şərhlər bağlıdır.