Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dovşanlarına yem toplamaq istəyi baha başa gəldi

96

Dovşanlarını yemləmək üçün otlaq ərazisindən bitki toplayan kişini əqrəb sancıb.

Lent.az-ın yerli bürosunun məlumatına əsasən, hadisə Goranboy rayonunun meşəlik ərazisində baş verib.

Belə ki, həmin ərazidən keçərkən avtomobilini saxlayıb bəslədiyi dovşanlar üçün yem toplamaq istəyən Tural Zeynalov xəstəxanalıq olub. 34 yaşlı rayon sakininin ot yığan əlini əqrəb sancıb.

Xəstəxanaya çatdırılan yaralının durumu görülən zəruri tədbirlər nəticəsində stabilləşib.

 

Şərhlər bağlıdır.