Dövlət qulluqçularına mükafatlar verilib
Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə iyunun 23-də DİİXİHİ Mingəçevir Şəhər Komitəsinin sədri Səbuhi Abbasov bir neçə təşkilat nümayəndəsini təbrik edib, onlara səmərəli fəaliyyətlərinə görə təmsil etdiyi qurum adından diplom və hədiyyələr təqdim edib. Mingəçevir şəhər Statistika idarəsinin rəisi Etibar Kərimov və idarə ilk həmkarlar təşkilat sədri Almaz Orucova, ƏSSM Məşğulluq Mərkəzi Mingəçevir şəhər şöbəsinin müdiri Elçin Abdullayev, DSMF Mingəçevir şəhər şöbəsinin əməkdaşları Tükəzban Balayeva, Ələsgər Ələsgərov, Sara Həmzəyeva, Qocalara Xidmət mərkəzinin baş məsləhətçisi Rza İsmayılov, Milli Arxiv İdarəsi Mingəçevir şəhər filialının direktoru Leyla İbrahimova və filialın ilk həmkarlar təşkilatının sədri Səbirə Abdullayeva, Maliyyə idarəsi ilk həmkarlar təşkilatının sədri Sultan Əsədov mükafat alanların arasındadır.
Şərhlər bağlıdır.