Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Doğma yurdlarına dönməyə hazırlaşan qadınlara dəstək göstərilir

Cəbrayıl rayonunda (Biləsuvar rayonunda salınmış məcburi 4 saylı məcburi köçkün qəsəbəsi), Füzuli rayonu Horadiz şəhərində  və Ağdam rayonu Quzanlı qəsəbəsində müvafiq rayon icra hakimiyyətləri ilə əməkdaşlıq çərçivəsində seminarlar təşkil olunub

“İnci” Məcburi köçkün qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Doğma yurdlarına dönməyə hazırlaşan qadınlara dəstək” layihəsini həyata keçirib. Layihənin əsas məqsədi Böyük Qayıdış proqramı ilə doğma yurdlarına dönmüş və  doğma yurdlarına dönməyə hazırlaşan sakinlərin mövcud sosial müdafiə mexanizmlərindən istifadə etməklə xüsusilə qadınların  fərdi təsərrüfatlara sahib olmaları, onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, ölkədə kiçik ailə biznesinin genişlənməsinə dəstək göstərilməsi üzrə maarifləndirmə işlərinin aparılması  təşkl edir.

Layihə çərçivəsində Cəbrayıl rayonunda (Biləsuvar rayonunda salınmış məcburi 4 saylı məcburi köçkün qəsəbəsi), Füzuli rayonu Horadiz şəhərində  və Ağdam rayonu Quzanlı qəsəbəsində müvafiq rayon icra hakimiyyətləri ilə əməkdaşlıq çərçivəsində seminarlar təşkil olunub. Seminarlari təşkilatın sədri, layihə rəhbəri Jalə Teymurlu açaraq, iştiraçkıları salamlamış, seminarların  əsas məqsədinin  doğma yurdlarına dönməyə hazırlaşan qadınlar  arasında əməkdaşlıq əlaqələrinin  qurulması və müsbət təcrübələri təşviq etməklə, kiçik sahibkarlıqla məşğul olanlara dəstək olmaqla öz kiçik bizneslərini qurmaq və  inkişaf etdirmək istiqamətində aparılmasından ibarət olduğunu bildirib.

Təlimçi, iqtisadçı Rəşad Həsənov  tərəfindən  Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı imkanları, fiskal güzəştlər, vergi güzəştləri, güzəştli maliyyə alətlərinə çıxış, risklərin minimallaşdırılması, əməkhaqqının birgə maliyyələşdirilməsi yolu ilə yeni bizneslərin dəstəklənməsi, özünüməşğulluq proqramına müraciət qaydaları, müraciətin və prosesin online izlənilməsi imkanları, şərtlər, mövcud  biznes paketlər, mexanizmin təkmilləşdirilməsi məqsədi ilə edilən son dəyişiklər istiqamətində təqdimatlar edilib.

Seminarlar iştirakçılar tərəfindən ünvanlanmış suallar cavablandırılıb və  cay-kofe süfrəsi ətrafında müzakirələrlə davam etdirilib.  Tədbir iştirakçılara sertifikatların təqdim olunması ilə başa çatıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.