“Dini radikalizmə və ekstremizmə “yox” deyək”
Dövlət qurumlarının birgə təşkilatçılığı ilə “Dini radikalizmə və ekstremizmə “yox” deyək” mövzusunda marifləndirici tədbir keçirilib. DQİDK Yevlax bölgəsi üzrə şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidməti Mingəçevir şəhər İdarəsinin nümayəndələri dini radikalizm və ekstremizmin hazırda bütün dünyanı, xüsusən də Yaxın Şərqi narahat edən aktual məsələlərdən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, dini radikalizm və ekstremizmə qarşı ölkəmzidə hər zaman mübarizə aparılıb.
Tədbirdə yerli icra hakimiyyətinin məsul işçiləri, din xadimləri və dini icma sədrləri və gənclər iştirak ediblər.
Şərhlər bağlıdır.