Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məhəbbət faciəsindən bəhs edən “Qanlı toy” Mingəçevir teatrında

211

Mingəçevir  Dövlət Dram Teatrında səhnələşdirilən iki pərdəli “Qanlı toy” tamaşası  ispan  yazıçısı Federiko Qarsiya Lorkanın eyni adlı əsərinin motivləri əsasında hazırlanır. Tamaşanın quruluşçu rejissoru  Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrının baş rejissoru,  əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Tamaşanın hazırlıq prosesinə Gənc  Tamaşaçılar Teatrından daha bir mütəxəssis- Ceyhun Dadaşov da cəlb olunub. Quruluşçu rəssam Kəmalə Əgərova, səs rejissoru Ramiq Nəsirovdur. Rolları  Aydın Quliyev, Fəridə Məmmədova, xalq artisti Ella Yaqubova və başqaları ifa edəcək.

Bəhram Osmanovun dediyinə görə, Federiko Qarsiya Lorkanın istər nəsr, istərsə də nəzm əsərləri Azərbaycanda sevilir və maraqla oxunur: “Amma dramaturgiyasının dili və üslubu bir qədər qəliz olduğu üçün çətin anlaşılır. Bununla belə zaman–zaman Azərbaycan teatrları və rejissorları onun dramaturgiyasından da  müsbət mənada yararlanmağa çalışıb. “Qanlı toy”a gəlincə, bu  əsər məhəbbət faciəsindən, məhəbbətin insanın  qanına, canına, ruhuna təsirindən, bir  məhəbbətin tapdanaraq digər məhəbbətə köklənən qəddar hisslərdən bəhs edir. “Qanlı toy” ötən əsrin 30-cu illərində İspaniyada faşizmin təşəkkül tapmağa başladığı ilk dönəmlərdə qələmə alınıb. Fikrimcə əsərin qəddar, sərt  ruhu da həmin dövrün xüsusiyyətlərindən qaynaqlanır. Federik Lorka bu əsərlə faşizmin insan üçün ən ülvi hiss olan məhəbbəti də məhv etməyə qadir olduğunu göstərməyə çalışıb”.

Bu gün yeni tamaşaya daxili baxış keçiriləcək.

Şərhlər bağlıdır.