AzərbaycanMədəniyyət

Dənizkənarı Milli Parkda fotosərgi

Avropa İttifaqı Nümayəndəliyi Dənizkənarı Milli Parkda fotosərgi təşkil edir

Dənizkənarı Milli Parkda Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyi “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) adlı foto-sərgi təşkil edir. Sərgi açıq havada “Park Bulvar” ticarət mərkəzinin yanındakı foto qalereyada nümayiş etdirilir.

Bu haqda Aİ-nin Azərbaycan nümayəndəliyindən “Mingəçevir işıqları” qəzetinə məlumat verilib. Məlumatda deyilir ki, sərginin keçirilməsində məqsəd Aİ-nin Azərbaycandakı fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumatlandırmanı artırmaqdır: “Sərgidə nümayiş olunan 100-dən çox fotoşəkildə Avropa İttifaqının müxtəlif illərdə Azərbaycanda  kənd yerləri və regionların inkişafı, ailə biznesi, inklüziv təhsil, qadın sahibkarlığı və s. kimi sahələrdə həyata keçirdiyi layihələr,  müxtəlif növ mədəniyyət tədbirləri, həmçinin bu layihələrdən faydalanmış insanların uğur hekayələri öz əksini tapıb”.

Sərgi bir ayadək davam edəcəkdir.

Mingəçevir Şəhidlər Muzeyi yenidən qurulacaq Bakıda Onlayn Avropa Film Festivalı başlayır Azərbaycan abidələri – iki fərqli baxış

 

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close