“Dəmir Yumruq” Mingəçevirdə də qalib gəldi
İkinci Qarabağ Müharibəsində qələbənin ildönümü münasibət ilə “Zəfərə Gedən Yol” layihəsi çərçivəsində “Zəfər Marafonu” yarışı baş tutub. MDU, MTK, Gənclər Evi, “Asan Xidmət” və Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Mingəçevir nümayəndəliklərinin təmsilçilərindən ibarət 16 komanda burada intellektlərini nümayiş etdiriblər. Gərgin mübarizədən sonra qalib kürsüsünə Mingəçevir Turizm Kollecininin “Dəmir Yumruq” komandası çıxıb. Kollecin direktoru Kamal Əhmədov komanda üzvlərinə zəfərimizə zəfər qatdıqları üçün təşəkkürünü bildirib: “Bu fəaliyyətinizi daha böyük arenalarda davam etdirməyi arzu edirəm. Bu istiqamətdə kollec tərəfindən sizə böyük dəstək göstəriləcəkdir”.
Yarışda “Asan xidmət”in Mingəçevir nümayəndəliyi (“Zəfər” komandası) ikinci, Mingəçevir Dövlət Universiteti isə (“Şuşa” komandası) üçüncü yerdə qərarlaşıblar.
Layihə şəhərin Gənclər və İdman İdarəsi, “Gənclər Evi” sosial xidmət müəssisəsi, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi və “İsmayıllı İntellektual oyunlar klubu”nun birgə əməkdaşlıqı ilə ərsəyə gəlib.
Şərhlər bağlıdır.