Bizimlə həyatınız həmişə işıqlı olacaq!

COVID-19 pasportu “CheckApp” mobil tətbiqi ilə yoxlanılacaq

Elektron Hökumətin İnkişafı Mərkəzi  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müəyyən olunmuş qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə  “CheckApp” mobil tətbiqini yaradıb. “CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub.

EHİM-dən Aydan Abasquliyevanın mi-news.az-a verdiyi məlumata görə,  tətbiq üzərindən vətəndaşın COVİD-19 pasportu aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanıla bilər:

“1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;

2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;

3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;

4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə”.

Aydan xanım onu da bildirib ki, “CheckApp” mobil tətbiqi vətəndaşların deyil, təşkilat və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub: “Tətbiq vasitəsilə aidiyyati səlahiyyətli şəxs yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVİD-19 pasportunu yoxlaya biləcək”.

2 şərh
  1. Fərman Nəbiyev deyir

    Doğru buyurursunuz, Aslan bəy. Prosesə hamılıqla və ciddi qoşulmaqla COVİD bəlasından qurtula bilərik.

  2. Aslan deyir

    Hamı vaksin olunmalıdır.

Şərhlər bağlıdır.