COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbəyə necə yazılmaq olar?
COVİD-19 xəstəliyi əleyhinə peyvənd olunmaq üçün elektron xidmətdən istifadə etməklə onlayn növbəyə yazıla bilərsiniz. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin its.gov,az veb səhifəsinə girib, menyunun vətəndaşlar üçün bölümündən E-xidmətləri seçirsiniz. Və ardınca COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə hissəsini tıklayırsınız. Oxucularımıza asan olması üçün biz bu prosesi bir qədər sadələşdirməyə çalışmışıq. Ən rahat yolu sistemə BURADAN daxil olmaqdır:
Elə həmin yerdə İSTİFADƏÇİ TƏLİMATI ilə tanış olmaq mümkündür.
Randevu sistemi yaşı 65 və yuxarı olan , həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.
Şərhlər bağlıdır.