Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Çinar xeyir-şər evinin üstünə aşdı

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi, 15 ünvanında qeydə alınıb. Qırılan budaq həyətdəki xeyir-şər evini mavi yanacaqla təmin edən qaz xəttini yarasız vəziyyətə salıb. Daha sonra isə tikilinin üstünə aşıb.

Xoşbəxtlikdən hansısa qəza baş verməyib. Bundan əlavə həmin an xeyir-şər evində və ərazidə kimsənin və avtomobillərin olmaması da şansa yazılmalıdır. Ağac aşarkən yalnız sakinlərin eyvandakı paltar zivələrini qırıb töküb.

Qeyd edək ki, bu, son bir neçə ay ərzində məhəllədə baş verən 5-ci analoji hadisədir. Sakinlər həyətdəki təhlükəli sayılan iri ağacların qismən budanması üçün aidiyyəti qurumlara müraciət edib.

https://www.youtube.com/watch?v=tWPaw3G52iE

Şərhlər bağlıdır.