Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Che” liqasının II mövsümünə start verilib

Gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsində, kollektivləşməyə, kollektiv oyunlara marağının formalaşdırılmasında, savadlı, bilikli gənclərin yetişdirilməsi və onların əqli düşünmə qabiliyyətinin artırılmasında əhəmiyyətli rol oynayan Mingəçevir İntellektual Oyunlar Klubunun “Che” liqasının II mövsümünə start verilib.

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə baş tutan yarışda I mövsümün qalibi olan “Panteon” komandası və üzvləri təltif edilib. Sertifikat və mükafatları təqdim edən Gənclər Evinin nümayəndəsi Rəşad Qurbanov gənclərə uğurlar arzulayıb. “Əsas qalib olmaq deyil, iştirak etməkdir”- deyən nümayəndə gənclərə motivasiya verib, layiq olan komandanın qazanacağına ümid etdiyini bildirib. İki tur üzrə baş tutan yarışın birinci mərhələsində 14, ikinci mərhələsində 13 komanda öz dünyagörüşlərini sınayıb. Yarışa başlamazdan  əvvəl MİOK-un sədri Vüsal Mahmudov komandalara yarışın şərtləri haqqında məlumat verib, daha sonra sualları səsləndirib.

Birinci mövsümün qalibi olan “Panteon” komandası daha çox sualı cavablandıraraq hər iki turu birinciliklə bitirib. “Nə?Harada?Nə zaman?” oyununun sonuncusu 2 xalla “Gladiator”, “Chellenge” yarışının sonuncusu 5 xalla “Legends” komandaları olub.

Qeyd edək ki, liqanın yaradılmasında əsas məqsəd gənclərin komanda halında işləmək bacarıqlarının inkişaf etdirilməsidir.

Şərhlər bağlıdır.