Canavar sürüsü Mingəçevirin fermer təsərrüfatına hücum çəkdi
Son günlər hər gecə fermaya gələn vəhşi canlılar heyvan sahiblərinin qorxulu kabusuna çevrilib. Çoban Raquf Məmmədov deyir ki, fermanın ətrafında qamışlıqda gizlənən yırtıcılar fürsət düşən kimi həm iri, həm də xırda buynuzlulara hücum edirlər: “Gecə saatlarında tövləyə daxil olan yırtıcılar 10-a yaxın iribuynuzluya zərər yetirib. Acgöz canlılar bayırda 1 baş iribuynuzlunu parçaladıqdan sonra, tövləyə girib və kiçik danaları məhv etməyə cəhd ediblər. Bu zaman inəklər səs-küy saldığından itlərin köməyi ilə canavarları qovmağa nail olduq”.
Çobanının sözlərinə görə, bir neçə ay öncə tövlənin üst hisəsini dağıdıb içəri girən canavarlar 50 baş qoyunu tələf ediblər. Bundan başqa fermada saxlanan uzunqulaq və atlar da acgöz canlılara yem olub: “Biz ailəmizlə birlikdə bu fermada yaşayırıq. Uşaqlarımız da axşam olanda həyətə çıxa bilmir”.
Təsərrüfat sahibi Ağasəlim Babayev qış vaxtı daha da fəallaşan canlıları məhv etmək mümkün olmadığından çarəsiz qaldıqlarını deyir.
Qeyd edək ki, hadisə Mingəçevirin ətrafında mal-qara təsərrüfatı ilə məşğul olan fermer təsərrüfatlarında baş verib.
Şərhlər bağlıdır.