“Cənnətdə Allahın Rəsulu var”
Dekabrın 6-da “Mənəvi Saflıq” Vətəndaş Maarifçiliyi Fondunun təşəbbüsü ilə şəhərin “İzmir” kafesində Peygəmbərin mövlud günü qeyd olunub. Fondun rəhbəri Əhməd Əfəndi deyib ki, səma elçisi Həzrəti Məhəmməd (s) dünyaya gəlişi ilə insanlara Allahdan xəbər gətirib: “Buna görə də Peyğımbərin dünyaya gəlişi bayramdır və biz də bayrama toplaşmışıq”.
Bundan sonra Qurani-Kərim oxunub, ilahiyyatçı qardaşların söhbətləri dinlənilib. Heydər Məscidinin imam naibi Müşfiq Nəcəfov da Peyğəmbərin dünyaya gəlişindən danışıb: “Quranda deyildiyi kimi, Allah bizim içimizdən birini bizə Peyğəmbər göndərdi. O, yer üzündəki insanları Allaha ibadətə, haqqa və xeyirxahlığa çağırdı. Hər birimizin ibadət, birlik, xeyirxah əməllər işlətməyimiz, namaz qılmağımız üçün heç bir şey bizə əngəl deyil. Bəziləri bəhanəıər gətirirlər. Bu insanları dinə, imana dəvət etmək hər birimizin borcudur”.
M.Nəcəfov qeyd edib ki, hər millətin dəyərləri, o cümlədən dini dəyərləri mövcuddur: “Amma dəyərlərimizin əksəriyyətinin mahiyyəti dindən gəlir. Din daha çox dəyər qazandırır. Soruşurlar: Cənnətdə nemət olaraq nə var? Cavab: Orda Allahın Rəsulu var. Cənnətin ən dəyərli varlığı Peyğəmbərimizdir”.
Bundan sonra Peyğəmbərin şərəfinə ehsan süfrəsi açılıb və dualar oxunub.
Şərhlər bağlıdır.